Xəbər lenti
Dəfn olunmaq üçün rayona aparıldı, qohumları dirildiyini dedilər
Bir neçə gün əvvəl Göyçay Rayon Mərkəzi Xəstəxanasında insident baş verib.
Manevr.az “qafqazinfo”ya istinadən xəbər verir ki, yol qəzası nəticəsində ağır xəsarət alan və Bakıdakı “Avrasiya” klinikasında öldüyü bildirilən Zərdab rayon Məmmədqasımlı kənd sakini, 39 yaşlı Həzi Əhmədov dəfn edilməsi üçün doğulduğu rayona aparılıb. Klinikaya məxsus tibbi yardım avtomobili ilə rayona aparıldıqdan sonra yaxınları H.Əhmədovun nəfəs aldığını, gözlərini açıb onlara baxdığını bildiriblər və təcili xəstəxanaya çatdırılmasını xahiş ediblər. H.Əhmədov dərhal təcili tibbi yardım maşını ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin burada tibbi heyət onun artıq vəfat etdiyini bildirib. Bundan sonra H.Əhmədovun qohumları xəstəxanada səs-küy salaraq onun həyatının xilas edilməsini tələb ediblər.
H.Əhmədovun yaxınları onun ölümündə həkimləri ittiham ediblər. Onlar iddia ediblər ki, Bakıdan gələn həkimlər Həzinin qoşulduğu oksigen aparatından tezliklə ayrılmasını tapşırıblar və paytaxta qayıtmaq istəyiblər.
Qeyd edək ki, mərhum 3 uşaq atası olub. O, Xaçmazda baş vermiş yol qəzasında ağır xəsarət alıb və daha sonra Bakıya çatdırılıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar