Sizin Reklam Burada
Xəbər lenti
20-09-2024
19-09-2024
BÜTÜN XƏBƏRLƏR

Nabran çimərliyində iki dost boğuldu

Tarix: 24-08-2016 22:45     Baxış: 3466 A- / A+
Nabran çimərliyində iki dost boğuldu

Nabran çimərliyində iki dost dənizdə boğulub.

Quba rayon sakinləri dənizdə çimərkən suda batıblar.

Onlardan birinin - Quba rayonunun Digahoba kənd sakini 1982-ci il təvəllüdlü Roman Abdul oğlu Nəcəfovun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri tərəfindən çıxarılıb. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz Rayon Şöbəsinə yerləşdirilib.

Hazırda Ömərov Fərrux Elman oğlunun axtarışları davam etdirilir.Report.az

17:18
***

Xəzər dənizinin Xaçmaz rayonu Müqtədir qəsəbəsi ərazisində dənizdə batan ikinci şəxsin dә meyiti tapılıb.

1976-cı il təvəllüdlü Ömərov Elman Fərrux oğlunun meyiti Fövqәladә Hallar Nazirliyinin әmәkdaşları tәrәfindәn tapılaraq aidiyyatı üzrә tәhvil verilib.

Qeyd edәk ki, Quba rayonu Digah kənd sakinləri, 1978-ci il təvəllüdlü Nəcəfov Roman Abdul oğlu və 1976-cı il təvəllüdlü Ömərov Elman Fərrux oğlu Nabran qəsəbəsi ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1500 metr aralıda, nəzarətsiz ərazidə) dənizdə boğulub.

Hər iki şəxsin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Şimal Regional İdarəsinin dalğıc xilasetmə qrupu cəlb olunmuşdu. Aparılan axtarışlar nəticəsində R. Nəcəfovun meyiti bu gün batdığı yerdən 200 metr aralıda tapılaraq aidiyyəti üzrə təhvil verilmişdi.APA

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar