Xəbər lenti
İldırım vurduqdan sonra havanı proqnozlaşdırmağa başlayıb
Avstraliyanın Kvinslend ştatının sakinini ildırım vurduqdan sonra o, havanı proqnozlaşdırmağa başlayıb.
Manevr.az xəbər verir ki, yeddi il əvvəl 31 yaşlı avstraliyalı Kristofer Qrin arı dişləmiş həyat yoldaşı ilə qızını həkimə aparır. Onlar tibb məntəqəsindən çıxanda yağış yağmağa başlayır.“Mən yoldaşıma qızımı maşının arxa oturacağına oturtmağa kömək edirdim və əlimdə taxta qulplu çətir tutmuşdum. Şəhadət barmağımın ucu çətirin metal hissəsinə uzanırdı. Bu zaman məni ildırım vurdu”,- deyə o həmin günü belə xatırlayır.
"Bu, gözləri yuman bir parıltıya bənzəyirdi, ondan sonra huşumu itirdim. Sonra həyat yoldaşım kömək üçün tibb məntəqəsinə qaçıb. Gözlərimi açanda xəstəxanada idim. Harada olduğumu bilmirdim və nə baş verdiyini də xatırlamırdım”,- deyən Qrin ertəs gün xəstəxanadn evə buraxılır.
Zərbədən bir neçə gün keçsə də, kişi qolunda qarıncalanma hiss etməyə davam edirdi. Bu qarıncalanma ilə o havanı proqnozlaşdırmağa başlayır. Belə ki, tufandan əvvəl karıncalanma güclənir və qolu ağrımağa başlayır.
Qeyd edək ki, ildırım vurması daha ağır fəsadlara da səbəb ola bilər. Ürəyin dayanması, huşun itirilməsi və müvəqqəti və ya daimi nevroloji pozulmalar, ağır yanıqlar və daxili orqanların zədələnməsi müşahidə edilə bilər.
Son 50 ildə ildırım vurması nəticəsində yaralananların və ölənlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Amma ABŞ-da ildıırm vurması hər il təxminən 30 nəfərin ölümünə və bir neçə yüz nəfərin yaralanmasına səbəb olur. İldırım ən çox hündür obyektlərə, ağaclara, qüllələrə, bayraq dirəklərinə və hasarlara düşür.
Ancaq insan açıq sahədə ən hündür obyekt ola bilər. İldırım zərbəsi birbaşa qurbana yönəldilə bilər və ya yerə və ya yaxınlıqdakı obyektlər vasitəsilə bir insana ötürülə bilər. İldırım həmçinin açıq mənbədən və ya elektrik şəbəkəsindən ev və ya telefon xəttinin içərisindəki elektrik avadanlıqlarına ötürülə bilər.
İldırım ürəyi vura bilər, lakin ilk növbədə sinir sisteminə təsir edərək beyni, avtonom sinir sistemini və periferik sinirləri zədələyir.
Ürək və tənəffüs tutulması ildırım vurmasından sonra ən çox görünən ölüm səbəbləridir./bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar