Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Yanğınsöndürənlərimiz Laçına göndərildi - Video

Tarix: 20-08-2022 22:38     Baxış: 4410 A- / A+

Azərbaycan FHN Laçın şəhərinə öz yanğınsöndürənlərini göndərib.
Manevr.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə videomateriallar Ermənistanın Teleqram kanallarında yayılıb. Videodan və şərhlərdən belə anlaşılır ki, Azərbaycan bu cəsur addımı yaxın günlərdə ordumuza təhvil veriləcək Laçını qəsdən yandırılmaqdan qorumaq üçün atıb.
Erməni Teleqram kanalları bu barədə yazır: "Bu günlərdə şəhər Azərbaycana təslim ediləndən sonra sakinlərdən biri türklərin yaşamaması üçün evini yandırmaq qərarına gəlib. Ona görə də Laçına yanğınsöndürənlər göndərilib. Əvvəl hamı elə bilirdi ki, şəhərin yaxınlığında Rusiya yanğınsöndürən maşınları növbə çəkir. Lakin sonra məlum olub ki, yanğınsöndürənlər Rusiya sülhməramlılarının müşayiəti ilə Azərbaycandan gəliblər".
Yanğınsöndürən maşınların üzərinə "FHN FÜZULİ", "FHN BEYLƏQAN" yazılıb. Bu da ona dəlalət edir ki, yanğınsönürənlər FHN-in Qarabağ bölgəsinin maşınları və əməkdaşlarıdır.
FHN-in maşınlarını Rusiya sülhməramlıları müşayiət edir. Bu da prosesin 2 dövlətin (Rusiya və Azərbaycan) rəhbərliyi səviyyəsində getməsinin göstəricisidir.
Laçın şəhəri və dəhlizi bir neçə gündən sonra Azərbaycana təhvil veriləcək. Bu prosesə etiraz edən gəlmə ermənilər şəhərdəki və dəhliz boyu yerləşən kəndlərdəki evləri vəhşicəsinə yandırırlar. Azərbaycan bunun qarşısını almaq və doğma, əziz Laçını yandırılmaqdan qorumaq üçün bu addımı atır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar