Xəbər lenti
Azyaşlı uşaqları xilas etmək istəyən ata və qardaşı oğlu boğulub öldülər

Avqustun 19-u, saat 19 radələrində Saatlı rayonu Qıraqlı kənd sakinləri – 1979-cu il təvəllüdlü Sübhan və qardaşı oğlu, 1992-ci il təvəllüdlü Əkrəm Astanovun suda boğularaq ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Manevr.az rayon prokurorluğuna istinadən xəbər verir ki, araşdırmalarla müəyyən edilib ki, birlikdə Araz çayının rayonun Musalı kəndindən keçən hissəsində balıq ovu edən zaman Sübhan və Əkrəm sonuncunun suya düşən azyaşlı iki uşağını xilas edərkən özləri suda boğularaq ölüb.
Azyaşlılar yaxınlıqda balıq ovlayan şəxslər tərəfindən suda boğulmaqdan xilas edilərək xəstəxanaya yerləşdirilib, hazırda səhhətləri qənaətbəxşdir.
Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar