Xəbər lenti
Şəmkirdə 33 yaşlı qadın bu səbəbdən İTKİN DÜŞÜB: 11 yaşlı qızı təsdiqlədi ki...

Yaxınlarının sözlərinə görə, son bir neçə ayda Asiməni həyat yoldaşı mütamadi şəkildə döyüb. Hətta bir neçə dəfə ata və anasına boşanmaq istədiyini, daha yaşa bilmədiyini bildirib.
Boşanmaq üçün məhkəməyə ərizə də yazılıb. Sonuncu dəfə - yəni hadisədən bir gün qabaq Asimə Məmmədova atasının doğum gününü qeyd etmək üçün doğulduğu evə gəlib. Sonra isə öz evinə qayıdıb.
Asimənin valideynləri qızlarının evdən getməsi xəbərini avqustun 8-də nəvəsindən eşidiblər.
Onlar iddia edirlər ki, Asimənin əri tez-tez içkili gəlib. Yoldaşını da bu səbəbdən döyüb.
Asimənin atası Məhəmmədəli Məmmədov bildirir ki, sonuncu dəfə də əri qadını vurub və bundan sonra Asimə evdən gedib.
Məlumat üçün bildirək ki, Asimə Məmmədova Azər Nağıyev adlı şəxslə 14 ilə yaxındır evlidir. Bu nikahdan onların 2 qızı və bir oğul övladı var.
Anasının dəfələrlə atası tərəfindən şiddətə məruz qalmasını ailənin 11 yaşlı övladı Səma da təsdiqləyir. Axırıncı insident zamanı isə Azər Nağıyev həyat yoldaşından evi tərk etməsini tələb edib.
Faktla bağlı polisə məlumat verilib. Şəmkir rayon Polis Şöbəsi tərəfindən Səma Məmmədovanın axtarışı davam etdirilir. publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar