Xəbər lenti
Göyçayda qoyunlarını axtarmağa gedənlər dağda itkin düşdülər - Şəkil
Göyçayda dağlıq ərazidə itkin düşən qadın və kişi tapılıb.Fövqəladə Hallar Nazirliyinin (FHN) işçiləri onları çıxarmağa çalışırlar.
Onlar şəhərin Şimalındakı dağlıq ərazidə itmiş qoyunlarını axtararkən qayadan dərəyə yıxılıblar.
Nəticədə 1992-ci il təvəllüdlü Kamran Eminov və 1984-cü il təvəllüdlü Nərgiz İbrahimova köməksiz vəziyyətdə qalıblar.Onların xilas olunması üçün FHN-in “112” qaynar xətt mərkəzinə məlumat verilib.
Xilasedicilər gecə saatlarında çətin relyefli dağlıq ərazidə itkin düşən şəxslərin yerini müəyyən ediblər.
Hazırda qadın və kişinin, eləcə də dərəyə düşən təxminən 15 baş qoyunun çıxarılması üçün işlər görülür.
Kamran Eminovun xəsarət aldığı bildirilir. lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































