Xəbər lenti
Baş redaktor qanına qəltan edildi - Cəlilabadda

"Regionun səsi" qəzetinin baş redaktoru Ağasəf Həsənov ölümcül döyülüb. Hadisə bu gün Cəlilabad rayonundakı yeməkxanalardan birində baş verib. Başında ağır xəsarət alan A.Həsənov qan içərisində xəstəxanaya yerləşdirilib.
A.Həsənov iddia edir ki, onu rayon polis şöbəsinin istintaq bölməsinin rəisi Eldar Məmmədov döyüb. Lakin polis onun iddasını təsdiq etməyib.
İstiPress xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin rəis müavini Eldar Səfərov criminal.az saytına açıqlamasında bildirib ki, A.Həsənovu Rizvan Məmmədov adlı şəxs yaralayıb. O, kafedə butulkanı A.Həsənovun başına vurub. Şöbə rəisinin sözlərinə görə, E.Məmmədov hadisə vaxtı orada olmayıb.
Saytın əldə etdiyi xəbərə görə, hadisədən əvvəl R.Məmmədov, A.Həsənov və E.Məmmədov hadisə baş verən kafedə görüşüblər. Sonradan isə E.Məmmədov kafeni tərk edib. Bundan sonra A.Həsənov bölmə rəisinin ünvanına xoşagəlməz sözlər işlədib. Bu zaman R.Məmmədov butulkanı götürərək A.Həsənovun başına zərbə endirib.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Məlumat üçün bildirək ki, ''Regionun səsi'' qəzeti Mətbuat Şurasının ''reket nəşrlər'' üçün tərtib etdiyi ''qara siyahı''ya salınıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar