Xəbər lenti
Goranboyda mikroavtobus aşıb –3 nəfər yaralanıb

Goranboy rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.
Məlumata görə, hadisə Bakı-Qazax avtomagistralının Dəliməmmədli yaşayış məntəqəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, sərnişin daşıyan mikroavtobus “Mercedes” markalı minik avtomobili ilə toqquşub və yoldan çıxaraq aşıb. Nəticədə avtobusun sürücüsü, 43 yaşlı Vüqar Bayramov, həmçinin sərnişinlər – Nəcibə Şirinova və Məhruzə Tağıyeva yaralanıb. Sürücünün vəziyyəti ağır olduğu üçün o, Bakı xəstəxanalarından birinə göndərilib. Digər xəsarət alanlar Gəncə şəhərində yerləşən xəstəxanalara çatdırılıb.
Fakt araşdırılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar