Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Əyləci tutmayan təyyarədən özünü atan pilot, 1 HƏFTƏDƏ 2 QƏZA

Tarix: 09-08-2022 08:00     Baxış: 3331 A- / A+
Təyyarədə nasazlıq havaya qalxdıqdan sonra da yarana bilər. Belə bir hadisə 1943-cü ildə Azərbaycanda baş verib.

İyunun 21-də Mahaçqala-Bakı reysi ilə uçan “Armstrong Whitworth Albemarle ST Mk.I Srs.III” (bundan sonra Albemarl – red.) tipli təyyarədə ştatdankənar hal yaranır. Bakıya çatmağa 15 dəqiqə qalmış pilot tormoz sistemində təzyiqin sıfıra düşdüyünü görür.

Lakin komandir qərar verir: hər bir halda eniş ediləcək, lakin yolu uzatmaq üçün bunu uçuş zolağına çatmadan etmək lazımdır. Beləliklə, hava gəmisinin təkərləri yerə uçuş zolağının tam başlanğıcında toxunur, lakin...

770 metr gedən təyyarənin komandiri dayanacaqdakı qırıcalarla toqquşmamaq üçün mühərrikləri işə salaraq tam güclə təkrar havaya qalxmağa qərar verir. Bu müddətdə təyyarə daha 700 metr qət edir. Bu zaman təlimatçı pilotun “Get” (Уходи) komandasını səhv başa düşən şturman toqquşmadan qorxaraq özünü başıaşağı pəncərədən çölə atır. Tərslikdən, o təyyarənin qabaq təkərinin altına düşərək həyatla vidalaşır. İdarəetmədən çıxaraq irəliləyən təyyarənin sağ tərəfi kaponirin (hərbi təyyarələr üçün dəmir-beton anqar) metal çıxıntısına ilişir. Qabaq şassi xəndəyə düşdükdən sonra hava gəmisi yolun kənarında dayana bilir. Komandir, təlimatçı pilot, mexanik və rabitəçi qəzadan salamat çıxır. Təyyarəni isə təmir etmək lazım gəlir. 

Təhqiqat komissiyasının rəyinə görə, qəzaya tormoz magistralındakı birləşmələrin pis bağlanması, konstruksiya qüsuru və yağın kokslaşması nəticəsində kompressorun pis işlənməsi səbəb olub. 

Bir haşiyə çıxaq ki, kokslaşmaya əsas səbəb yağın vaxtında dəyişdirilməməsidir. Təəssüf ki, bu xəstəlik ölkəmizdə bir çox sürücüyə də sirayət edib.

Xatırladaq ki, 1941-1945-ci il müharibəsində Bakı aeroportu çox böyük strateji əhəmiyyətə malik olub. Keçmiş SSRİ-nin Şərqlə hava əlaqəsi buradan həyata keçirilib. 

Qeyd edək ki, bu hadisədən heç 1 həftə keçmədən Azərbaycanda daha bir Albemarl qəzaya uğrayıb. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar