Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

Qadın sürücü yol polisinin əlini dişlədi - İNSİDENT

Tarix: 08-08-2022 21:09     Baxış: 3225 A- / A+
Qadın sürücü yol polisinin əlini dişlədi - İNSİDENTUfa vilayətində 53 yaşlı qadın sürücü yol polisi müfəttişini dişləyib.

Manevr.az news24.az-a istinadla xəbər verir ki, regional yol polisi mətbuat xidmətinin məlumatına görə, hadisə Ufa vilayətinin Jukovo kəndində baş verib.

Yol polisi əməkdaşları yerli sakinin idarə etdiyi "Daewoo Matiz" markalı avtomobili saxlayıblar. Polis bir neçə dəfə ondan sənədlərini göstərməyi tələb edib. Qadın isə cavab olaraq uca səslə nalayiq ifadələr işlədib. Müfəttiş açıq pəncərədən ona maşının qapısını açmağa kömək etmək istəyəndə isə sürücü qadın polisin əlindən tutub və dişləməyə başlayıb. Qadını ram etmək üçün polislər onun əlinə qandal vurmalı olublar.

Hadisə ilə bağlı Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin polisin qanuni tələblərinə tabe olmamaq maddəsi üzrə protokol tərtib edilib. Məhkəmə qadına 3 sutka inzibati həbs təyin edib. Hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq edilməsi faktına dair materiallar Ufa Rayonlararası İstintaq İdarəsinə göndərilib. Məhkəmə-tibbi ekspertizası aparıldıqdan və müvafiq araşdırmalardan sonra qadının hərəkətlərinə hüquqi qiymət veriləcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar