Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

Babadağda itkin düşən şəxslərdən XƏBƏR VAR

Tarix: 06-08-2022 13:43     Baxış: 3214 A- / A+

Babadağda itkin düşən şəxslərdən XƏBƏR VAR


İsmayıllı rayonunun Lahıc qəsəbəsindən 25 kilometr şimalda, yüksək dağlıq ərazidə olan Babadağ silsiləsindəki ziyarətgaha gedən 4 nəfər itkin düşüb.
Manevr.az-ın apa-ya istinadən xəbərinə görə, dağlıq ərazidə piyada və atla Babadağ ziyarətgahına doğru hərəkət edən İsmayıllı rayonun Təzəkənd sakinləri ötən gecə yağış yağması səbəbindən itkin düşüblər. 
Məsələ ilə bağlı İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Mahmud Süleymanov APA-nın yerli bürosuna bildirib ki, rayonun Təzəkənd kənd sakini 1968-ci il təvəllüdlü Məmmədov Mübariz Əliağa oğlu ötən gecə yağışlı-palçıqlı dağ yollarında hərəkət edərkən qəflətən ayağı sürüşüb və dərəyə yıxılaraq ölüb. 
Onunla ziyarətə gedən yoldaşlar, 2002-cı il təvəllüdlü Xudaverdiyev Niyyət Vüqar oğlu, 2006-cı il təvəlüdlü Xudaverdiyev Ağa Adil oğlu və qardaşı 2008-ci il təvəllüdlü Xudaverdiyev Emil Aqil oğlu dərəyə enərək onun meyitini çıxarmağa çalışsalar da geri qayıda bilməyiblər.
Hazırda dərədə köməksiz vəziyyətdə qalan bu şəxslərin xilas edilməsi üçün əraziyə yolu tanıyan Lahıc kəndinin sakinləri, FHN-nin əməkdaşları cəlb olunub.
Hazırda xilasetmə işləri görülür.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar