Sizin Reklam Burada
Xəbər lenti
01-09-2025
31-08-2025
BÜTÜN XƏBƏRLƏR

Ukraynada azərbaycanlı iş adamının qətli ilə bağlı - Yeni detallar

Tarix: 02-08-2022 16:47     Baxış: 5330 A- / A+
Ukraynada qətlə yetirilən gənc azərbaycanlı iş adamı Sənan Qəniyevin cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində danışıqlar aparılır.
Manevr.az
xəbər verir ki, məsələ ilə bağlı “qafqazinfo”ya açıqlama verən mərhumun yaxınları bildiriblər ki, S.Qəniyevin nəşinin Polşaya, oradan da təyyarə ilə Bakıya gətirilməsi planlaşdırılır. Lakin bu baş tutmasa, cənazənin Moldova vasitəsilə Azərbaycana göndərilməsi nəzərdə tutulub.
O da məlum olub ki, Lvovda restoranda qətlə yetirilən Sənan Qəniyev həmin şəhərdə ticarətlə məşğul olub. Onun əmisi isə restoran işlədib və dava-dalaş da Sənanın əmisi ilə Lvovda fəaliyyət göstərən və Türkiyə vətəndaşlarının işlətdiyi “Şaurma” restoranının sahibləri arasında olub. Sənan əmisinin həmin rostorana getdiyini və mübahisə baş verdiyini öyrənərək oraya gedib. Bu zaman baş vermiş münaqişə zamanı kürd əsilli Türkiyə vətəndaşı Barut Məsut şiş ilə 33 yaşlı S.Qəniyevə xəsarət yetirib. Şiş Sənanın ayaq nahiyəsində vena damarını kəsdiyindən kəskin qanaxma baş verib. Çoxlu qan itirən gənc orada dünyasını dəyişib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar