İran polis qüvvələrinin Mərivan şəhər sakininin avtomobilinə atəş açması nəticəsində 9 və 11 yaşlı iki uşaq həlak olub.
"Azad İran" xəbər verir ki, iyulun 31-də baş verən hadisə zamanı polis məmurları Mərivan şəhər sakini Rəhman Raşidi Məneşin şəxsi avtomobilini atəşə tutublar.
Bu zaman maşında olan və ağır güllə yarası alan 2 uşaq dünyasını dəyişib.
Öldürülən uşaqların Rəhman Raşidi Məneşin övladları olduğu bildirilir. Məlumata görə, uşaqların atası və anası da təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Məlumatda qeyd olunub ki, polis məmurları əvvəlcədən heç bir xəbərdarlıq etmədən Raşidi Məneşin avtomobilini gülləbaran ediblər.
İranın məhkəmə və hüquq-mühafizə orqanları hələlik hadisə barədə, habelə vətəndaşın avtomobilinə atəş açılmasının səbəbi ilə bağlı heç bir açıqlama verməyib.lent.az
Xəbər lenti
İran polisi 2 azyaşlı uşağı GÜLLƏLƏDİ-ŞƏKİL

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Media
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar