Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda alim VƏFAT ETDİ - ŞƏKİL

Tarix: 01-08-2022 17:42     Baxış: 4246 A- / A+


Azərbaycanda alim VƏFAT ETDİ  - FOTO

Naxçıvan Dövlət Universitetinin alimi Novruzəli Rəhimov dünyasını dəyişib.
Bu barədə  Naxçıvan Dövlət Universitetindən məlumat verilib.
Qeyd edək ki, alim Rəhimov Novruzəli Həmzə oğlu 1962-ci il mart ayının 20-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Qara-qala kəndində anadan olub.

1969-cu ildə Babək rayonunun Qaraqala kənd 1 saylı orta məktəbinə daxil olub və 1979-cu ildə həmin orta məktəbi bitirərək, 1981-1984-cü illərdə Sakit Okean Hərbi Dəniz Donanamasında hərbi xidmətdə olub.
Sonra 1991-ci ildə Naxçıvan Dövlət Universitetinin Fəlsəfə kafedrasında baş laborant vəzifəsinə təyin olunub və 1995-ci ildə universitetin Fəlsəfə və politologiya kafedrasında müsabiqə yolu ilə müəllim, 2000-ci ildə baş müəllim seçilib. 2007-ci ildən isə dosent vəzifəsində işləyib. Mərhum 2004-2016-cı illərdə Fəlsəfə və sosial iş kafedrasının müdiri vəzifəsində işləyib.
Novruzəli Rəhimov vəfatından öncə “Qloballaşma prosesində Azərbaycanın rolu” mövzusunda fəlsəfə üzrə elmlər doktoru dissertasiyası üzərində işləyib.
Mərhum iki metodik vəsaitin, üç fənn proqramının, bir monoqrafiyanın, 68 elmi məqalənin müəllifidir.
Qeyd edək ki, Norvuzəli Rəhimov 31 oktyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adı verilib.

Manevr.az






Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar