Sizin Reklam Burada
Xəbər lenti
01-09-2025
31-08-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiya ordusu Ukraynanın qəsəbələrini minalayaraq tərk edir

Tarix: 31-07-2022 18:18     Baxış: 4340 A- / A+



Rusiya ordusu şəxsi heyətini Ukraynanın Zaporojye əyalətinin Verxniy Tokmak və Çerniqovka qəsəbələrinin ərazisindən çıxarır.
Bu barədə report Ukrayna Baş Kəşfiyyat İdarəsinə istinadən xəbər verir.

"İyulun 29-na keçən gecə Ukrayna Silahlı Qüvvələrinin işğalçıların hərbi qüvvələrinin Zaporojye vilayətinin Verxniy Tokmak və Çerniqovka qəsəbələri yaxınlığında yerləşdiyi əraziyə endirdiyi zərbələrdən sonra Rusiya hərbçiləri canlı qüvvə və texnikanı başqa mövqelərə aparıblar. 40-a yaxın yaralı Poloqi şəhərindəki xəstəxanaya aparılıb. Hərbi bölmələr demək olar, Çerniqovkadan çıxarılıb", - məlumatda deyilir.

Qeyd edilir ki, yaşayış məntəqələrinin yaxınlığında bir neçə keçid məntəqəsi və 100-dən az hərbçi var. Rusiya hərbçilərinin qalan hissəsi texnika ilə birlikdə Tokmak və Berdyansk şəhərlərinə göndərilib.
"Rusiya hərbçiləri yaşayış məntəqələrini tərk edərkən planlı rotasiya təəssüratı yaratmağa çalışırlar. Əslində, işğalçılar kəndi tamamilə tərk etmək niyyətindədirlər və giriş yollarını minalamağa başlayıblar", - Ukrayna Silahlı Qüvvələri bildirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar