Xəbər lenti
Dənizdə boğulan iki bacının meyiti tapıldı
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili məlumat verib.
O qeyd edib ki, hadisə qeyri-çimərlik ərazidə baş verib:
“19 iyul saat 16:12-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə 2 nəfərin dənizdə çimərkən boğulması ilə bağlı məlumat daxil olub.
Hadisə Kürdəxanı qəsəbəsi, 42-ci dalan deyilən ərazinin çimərliyində baş verib. Nəzərə çatdıraq ki, həmin gün hava şəraiti küləkli idi. Şimal-qərb küləyinin əsdiyi vaxtda qeyri-çimərlik ərazidə baş verib”.
Aqşin Əlili kiçik bacının cəsədinin bu gün aşkarlandığını bildirib:“Uşaqlar dənizə girən zaman valideynlərinin xəbəri olmayıb. Nəzarətsiz qalan uşaqlar dənizə giriblər. 16:12-də bizə məlumat daxil oldu. Biz müdaxilə edənə qədər böyük bacı Ayseli ləpələr sahilə çıxarmışdı. Amma digər kiçik bacının meyiti bu gün 09:14 -də batdığı yerdən 11 km aralıda çıxıb. Sudan çıxarılıb aidiyyatı üzrə təvhil verilib. Ailə Xətai rayonu ərazisində yaşayırmış. İstirahət etmək üçün bu ünvana üz tutublar”.
Qeyd edək ki, ötən gün Xəzər dənizində 2005-ci il təvəllüdlü Abdullazadə Aysel Asəf qızı və 2008-ci il təvəllüdlü Abdullazadə Aygün Asəf qızının boğulması ilə bağlı məlumat daxil olub. Qızların atası Asəf Abdullayev Pentensiar Xidmətində vəzifə sahibidir.
Böyük bacı Aysel Abdullazadə bu il yüksək balla universitetə qəbul olub. Ailədə dörd nəfərdirlər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar