Xəbər lenti
Azərbaycan əsilli iranlı rejissor 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan əsilli iranlı kinorejissor Cəfər Pənahi 6 il müddətinə azadlıqdan məhrum edilib.
Manevr.az bildirir ki, bu barədə İranın Məhkəmə Sisteminin sözçüsü Məsud Stayeşi deyib.
O bildirib ki, C.Pənahi milli təhlükəsizliyə qarşı cinayət törətmək məqsədilə toplaşmaqda və sövdələşmədə ittiham olunaraq 6 il müddətinə azadlıqdan məhrum edilib.
O cəzasını çəkmək üçün Evin həbsxanasına göndərilib.
Qeyd edək ki, C. Pənahi iyulun 11-də daha iki rejissorun həbsi ilə əlaqədar keçirilən məhkəmədə iştirak edib və orada həbs edilib. Belə ki o, Məhəmməd Rəsulof və Mustafa Ələhmədin məhkəməsində iştirak edib. Rəsulof və Ələhməd iyulun 8-də İran təhlükəsizlik qüvvələrinə və hərbçilərinə ölkədə etirazçılara qarşı güc tətbiq etməməyi xahiş edən petisiya imzaladıqdan sonra saxlanılıb. Etirazlar Abadan şəhərində 37 nəfərin öldüyü binanın uçması ilə bağlı iğtişaşlardan sonra başlayıb.
Xatırladaq ki, C.Pənahi bundan öncə 2010-cu ildə də 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar