Sizin Reklam Burada
Xəbər lenti
23-08-2026
22-08-2026
BÜTÜN XƏBƏRLƏR

Metroda qatar vuran qadınla bağlı yeni xəbər

Tarix: 06-04-2017 21:28     Baxış: 1515 A- / A+
Metroda qatar vuran qadınla
Aprelin 4-də Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında qatar vuran qadının səhhəti normallaşıb.
Bu barədə Trend-ə xəstənin müalicə olunduğu 1 saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi Ədalət Dadaşov məlumat verib.
Baş həkim bildirib ki, hadisə nəticəsində xəsarət alan qadın hazırda reanimasiya şöbəsindən palataya köçürülüb:

"Hadisənin baş vermə səbəbləri məlum olub. Əvvəl deyirdilər ki, guya qadın intihara cəhd edib. Amma araşdırma zamanı məlum oldu ki, bu, intihara cəhd deyil. Sadəcə, qatar gözləyən qadının qəfil təzyiqi qalxıb və o, müvazinətini saxlaya bilməyərək platformaya daxil olan qatarın güzgüsünə dəyib. Hazırda onun vəziyyətində həyatı üçün təhlükə yoxdur, müalicəsi davam etdirilir".

Qeyd edək ki, hadisə aprelin 4-də günorta saatlarında metronun "20 Yanvar" stansiyasında baş verib. Təxminən 55-60 yaşlı Adıgözəlova Rəfiqə Zeynalabdin qızı qatar platformaya yaxınlaşarkən platformanın təhlükəsizlik xəttini keçib və bu zaman qatarın güzgüsü qadına dəyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar