Sizin Reklam Burada
Xəbər lenti
18-09-2025
17-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ağdaş sakini “laqonda” ilə boğazını kəsdi

Tarix: 06-04-2017 21:19     Baxış: 4384 A- / A+
Ağdaş sakini “laqonda” ilə boğazını kəsdi
Ağdaş rayon sakini bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
Manevr.az Apa-ya istinadla xəbər verir ki, hadisə rayonun Nehrəxəlil kəndində baş verib.
Kənd sakini, 1987-ci il təvəllüdlü Anar Yusifov yaşadığı evin həyətində təsərrüfat işləri görərkən işlətdiyi “laqonda” aparatı ilə metal kəsərkən ehtiyatsızlığa yol verib və onun üzərindəki kəsici alət qəflətən qırılaraq iki hissəyə bölünüb.
Nəticədə qırılan alətin bir hissəsi onun boyun və boğaz nahiyəsini kəsib. A. Yusifov təcili olaraq Ağdaş rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Cərrahiyyə əməliyyatı olunan A. Yusifovun həyatını xilas etmək mümkün olub. Çənəaltı vəzin və boyunun ön səthinin kəsilmiş-cırılmış yarası diaqnozu qoyulan xəstənin vəziyyəti hazırda orta ağır olaraq qalır.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar