Sizin Reklam Burada
Xəbər lenti
01-09-2025
31-08-2025
BÜTÜN XƏBƏRLƏR

Polis təşkilatı adından kütləvi dələduzluq - Almaniyada

Tarix: 16-07-2022 07:50     Baxış: 3223 A- / A+
Almaniyanın Bavariya əyalətində Avropa polis təşkilatı - Avropolun adından istifadə edənlər vətəndaşların 2,5 milyon avro pulunu mənimsəyib.

Bu barədə Bavariya prokurorluğu məlumat yayıb.

Hüquq-mühafizə orqanları dələduzların iş mexanizmi barədə də məlumat verib. Bildirilir ki, dələduzlar ixtiyari nömrəyə zəng edərək özlərini Avropolun əməkdaşı kimi təqdim edir və şəxsin bank hesabına müdaxilə edildiyini bildirirlər. Bundan sonra onlar tora saldıqları şəxsə hansısa proqramı yükləməyi tövsiyə edirlər. 

Zərərli proqram təminatı sayəsində istifadəçinin şəxsi məlumatları və bank hesablarına dail olan fırıldaqçılar onların hesablarından vəsait götürürlər.

İlin əvvəlindən 22 000 nəfər oxşar şikayətlə polisə müraciət edib. Onların hesablarından 2,5 milyon avrodan çox vəsait çıxarılıb. 

Zənglər başqa ölkədən xüsusi qaydada həyata keçirildiyi üçün nömrəni təyin etmək, və ya həmin şəxsə təkrar zəmg etmək mümkün olmur. Polis zənglərin Hindistan və Pakistandan edildiyi qənaətinə gəlib. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar