Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Toyda dini musiqi sifariş edən şəxslər həbs edilib?

Tarix: 16-07-2022 07:35     Baxış: 3236 A- / A+
Şəmkir rayon sakinləri toyda dini musiqi sifarişi verdiyi üçün həbs olunduğu iddia edilib. Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Belə ki, Ramid Səfərli və Qulu Quliyev adlı şəxslər toyda dini musiqi sifariş etdikləri üçün 20 və 10 sutka həbs ediliblər.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Şəmkir rayon sakinləri Ramid Səfərli və Qulu Quliyevin dini toy mərasimi ilə bağlı inzibati həbs olunmaları həqiqətə uyğun deyil: “Məlumat üçün qeyd edim ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində ictimai asayişi qorumaq məqsədi ilə həm avtomobil həm də piyada xidməti həyata keçirir. İyul ayının 14-də Ramid Səfərli telefon vasitəsilə övladına sünnət edən şəxslə danışan zamanı yüksək səslə və nalayiq ifadələr işlətmiş və ətrafdakı insanların haqlı narazılığına səbəb olub. Ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşan zaman o, hüquqazidd hərəkətlərini davam etdirərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb”.

DİN rəsmisi qeyd edib ki, Qulu Quliyev isə rayonun digər yerində bir şəxs ilə mübahisə edən zaman ətrafda olan insanlara məhəl qoymayaraq nalayiq ifadələr işləsib: “Bununla bağlı polis əməkdaşı ona yaxınlaşaraq onu intizama dəvət etsə də, o polisin qanuni rələblərinə tabe olmayıb. Hər iki şəxs haqqında İnzibati Xətalar Məcəlləsinin 510-cu ( Xırda xuliqanlıq) və 535-ci ( Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmədə hər iki şəxs törətdikləri inzibati xətanı etiraf edərək səmimi peşmanlıqlarını bildiriblər. Məhkəmənin qərarı ilə Ramid Səfərli 20 Qulu Quliyev isə 10 sutka müddətinə inzibati qaydada həbs edilib.

Əfsuslar olsun ki bəzi şəxslər heç bir əsas olmadan bu hadisəni bir neçə gün əvvəl keçirilən kiçik toy mərasimi ilə əlaqələndirməyə çalışır. Bir daha qeyd etmək istəyirəm Azərbaycan tolerant ölkədir və burada yaşayan hər kəs vicdan azadlığı, ictimai qaydanı pozmayan, yaxud ictimai əxlaqa zidd olmayan dini mərasimləri yerinə yetirməkdə sərbəstdir”. yenisabah.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar