Xəbər lenti
Ermənistan həbsxanalarını ifşa edən məhbus öldü

Ermənistan həbsxanalarındakı dözülməz vəziyyətdən yazan məhbus Qraç Gevrokyan cəza çəkdiyi "Armavir" müəssisəsində ölüb.
Manevr.az xəbər verir ki, bu barədə məhkəmədə Q.Gevorkyanın hüquqlarını müdafə edən Helsinki Vətəndaşı Assosiasiyasının yerli təşkilatı məlumat yayıb.
Qeyd edək ki, Q.Gevorkyan hakimiyyət təmsilçisinə qarşı zor tətbiq etmək və qəsbdə ittiham olunaraq, 2015-ci ildə 8 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onu vətəndaş nikahından olan həyat yoldaşı Naira Arutyunı və yetkinlik yaşına çatmayan oğlunu girov götürməkdə, onların azad edilməsi üçün qadının atasından pul tələb etməkdə günahkar bilib. Q.Gevorkyan ittihamların heç birini qəbul etməyib.
Anası Naxşun Yenqibaryan oğluna verilən cəzaya etiraz olaraq Ermənistan prezidentinin ofisi yaxınlığında özünü yandırmağa cəhd edib.
Q.Gevrorkyan həbsxanada olduğu müddətdə oradakı ağır vəziyyətdən dəfələrlər yazıb. Xəstəliyi ilə əlaqədar həbsxanada uyğun müalicə ala bilmədiyi üçün aclıq aksiya keçirib. Saxlanıldığı sonuncu həbsxanadakı ağır vəziyyətə etraz olaraq 67 gün aclıq aksiyası keçirib.
Məlumata görə, Q.Gevorkyan həbs olunanadək sağlam olub və səhhəti həbsxanada ağırlaşıb.Report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar