Cənubi azərbaycanlı rejissor Cəfər Pənahi həbs edilib.
Manevr.az xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat verilib.
Qeyd edilib ki, Pənahi daha iki rejissorun həbsinə etiraz aksiyasında iştirak etdiyinə görə tutulub. Belə ki o, Məhəmməd Rəsulof və Mustafa Ələhmədin azadlığa buraxılmasını tələb edib. Rəsulof və Ələhməd iyulun 8-də İran təhlükəsizlik qüvvələrinə və hərbçilərinə ölkədə etirazçılara qarşı güc tətbiq etməməyi xahiş edən petisiya imzaladıqdan sonra saxlanılıb. Etirazlar Abadan şəhərində 37 nəfərin öldüyü binanın uçması ilə bağlı iğtişaşlardan sonra başlayıb.
Bundan əvvəl isə dünya şöhrətli rejissor 2010-cu ilin martında hökumət əleyhinə fəaliyyətə və 2009-cu il seçkilərinin rəsmi nəticələrinə qarşı etiraz aksiyalarında iştiraka görə həbs edilib, 6 il müddətinə ev dustaqlığına məhkum edilib.
Sözügedən həbsdən sonra ona 20 il müddətində film çəkmək və müsahibə vermək qadağan edilib. Pənahi evdə Kann kinofestivalında nümayiş olunan “Bu film deyil” (2011) filmini çəkib.
2015-ci ildə onun “Taksi” filmi Berlin Film Festivalında “Qızıl Ayı” mükafatını, həmçinin Beynəlxalq Kino Mətbuat Federasiyasının (FIPRESCI) mükafatını qazanıb. Rejissor həmçinin Venesiya Film Festivalının da qalibidir.apa
Xəbər lenti
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar