Xəbər lenti
Arı sancan gənc dəfn olunarkən ayılıb? – Dayısı danışdı

Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə arı sancması nəticəsində həyatını itirən Şəmkir rayon sakini İlqar Qəhrəmanovun dəfn zamanı oyanması ilə bağlı xəbərlər gündəmdədir.
Manevr.az xəbər verir ki, publika.az-ın əməkdaşı yayılan xəbərlərin nə dərəcədə doğru olub-olmamasını araşdırmaq üçün mərhumun evində olub.
Mərhumun dayısı Ələmdar İbarhimovun sözlərinə görə, İlqar ailəsi ilə birlikdə nişanlı olduğu Ağstafa rayonun Aşağı Göycəli kəndinə qurbanlıq aparıb:
“Bu zaman onu arı vurub. Bütün baş verənlər isə gözlərimiz önündə yaşanıb. Mərhum dedi ki, qolumu elə bil arı sancdı. Ayağa durdu, qatıq-filan çəkdilər. Ayağa duranda başı hərləndi. “Dimedrol” var idi maşında, tez onu gətirib vurduq. Bir az keçməmiş yenə başı hərləndi və yerə yıxıldı. Burda bizə nə baş verdiyini demədilər. Onu xəstəxanaya aparanda həkim dedi ki, ola bilsin keçinib. Xəstəxanaya girəndə yoxladılar”.
Mərhumun cənazəsi gecə saatlarında Ağstafa rayonundan Şəmkirə - yaşadığı evinə gətirilib. Dəfn mərasimi üçün hazırlıq işlərinə başlanılıb. Sabahkı gün İlqar Qəhrəmanovu dəfn etmək istəyərkən mərasimə qatılan qadınlardan biri cənazənin içərisinə qoyulan güzgünün buxar və ya su olduğunu bildirib və İlqar Qəhrəmanovun yaşadığını deyib. İ.Qəhrəmanovun yaxınları onun meyitini Gəncə şəhərində fəaliyyət göstərən özəl xəstəxanalardan birinə gətiriblər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar