İyulun 10-da Sabirabad rayonu, Qalağayın kənd sakini, 3-cü qrup Vətən Müharibəsi əlili, 39 yaşlı Cəfərov Elvin Zakir oğlu Sabirabad rayon Mədəniyyət Mərkəzinin qarşısında özünü yandıraraq intihara cəhd edib.
Manevr.az Sabirabad rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, rayon Mərkəzi Xəstəxanasında Elvin Cəfərova ilkin tibbi yardım göstərilib və müalicəsini davam etdirmək üçün Bakı şəhərinə xəstəxanaya göndərilib.
Məlumatda qeyd edilir ki, Elvin Cəfərov hazırda 400 manatdan çox pensiya alır. Sabirabad rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə o, 2021-ci ildən “DOST İş Mərkəzi” MMC-də haqqı ödənilən (300 manat) ictimai işlərə cəlb olunmuş, anası Cəfərova Ruquyyə Musa qızı isə “Əmin” marketlər şəbəkəsində münasib işlə (aylıq əmək haqqı 300 manat) təmin olunub: “Bundan əlavə Elvin Cəfərovun ailəsinə müxtəlif vaxtlarda rayon İcra Hakimiyyətindən ümumilikdə 700 manat maddi yardım ödənilib, 300 manat dəyərində ərzaq məhsulları verilib, bundan başqa ayrı-ayrı dövlət orqanlarının nümayəndələri və iş adamları Elvin Cəfərova mütəmadi olaraq maddi köməkliklər göstərib.
Həmçinin bütün bayramlarda ailə bayram sovqatı ilə təmin olunub, o cümlədən bu il iyulun 9-da ailəyə “qurban payı” verilib. Eyni zamanda Elvin Cəfərov 4400 manat sığorta pulu alıb, “Yaşat” Fondundan da ona müvafiq köməklik göstərilib”.
Məlumatda bildirilir ki, Elvin Cəfərovun mənzilnövbəsinə götürülməsi ilə bağlı hazırda rayon İcra Hakimiyyətinə sənədləşmə işləri aparılır.
Bildiririk ki, ötən həftə əlavə pensiya təminatı ilə bağlı sistemə məlumatların ötürülməsi ilə əlaqədar müvafiq sənədlərin toplanmasına Elvin Cəfərova yaşadığı Qalağayın kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən lazımi köməklik göstərilib.
Xəbər lenti
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar