Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Məşhur "Bulaq" verilişinin müəlliflərindən biri vəfat etdi

Tarix: 10-07-2022 10:38     Baxış: 4291 A- / A+


Tanınmış tədqiqatçı, araşdırmaçı alim, yazıçı Ənvər Çingizoğlu vəfat edib.

Manevr.az xəbər verir ki, bu barədə jurnalist Ötərxan Eltac məlumat verib:
"Çağlayan bir bulaq idi, yorulmaq bilməzdi. Əsgər kimi gecəsi gündüzlə dəyişik düşürdü. Silahdaşı, yol yoldaşı, hətta qidası qələm, dəftər, kitab idi. Böyük-böyük tarixi əsərlərin müəllifi olaraq, Azərbaycan hərb tarixinin şərəfli səhifəsini toz qatlarından təmizləyib xalqa təqdim etmişdi. Hətta bir çox alimlər onun əsərlərinə istinad edirdi. O, duyğularını qafiyələndirməyi də bacarırdı. Hekayə, esse, satira, şeir, roman onun qələmində çiçəklənirdi. O yurd dəlisi, vətən aşiqi idi. O həm də məşhur "Bulaq" verilişinin müəlliflərindən idi. Heyif ki vaxtsız itirdik dəyərli alim Ənvər Çingizoglunu."


Xatırladaq ki, Ənvər Çingizoğlu 10 may 1962-ci ildə Cəbrayıl rayonunun Xudayarlı kəndində anadan olub. Əslən Füzuli rayonunun Aşağı Yağləvənd kəndindəndir. 8-ci sinifə qədər Cəbrayıl rayonu Stansiya Xələfli kənd məktəbində (1969–1977), sonra Bakı şəhəri, Nərimanov rayonu 2 saylı Dəmir Yolu Litseyində Azərbaycan bölməsində təhsil alıb (1977–1980). Rusiyanın Xabarovsk şəhərində hərbi xidmətdə olub (1980–1982). Ənvər Çingizoğlu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxuyub (1985–1990). Ənvər Çingizoğlu 1991-ci ildən 1993-cü ilə qədər Füzuli rayonunda "Araz" qəzetində ədəbi işçi kimi çalışıb. Ənvər Çingizoğlu 1994-cü ildən 2014-cü ilin mart ayınadək Azərbaycan Televiziyası Qapalı Səhmdar Cəmiyyətinin redaktoru, böyük redaktoru, şöbə müdiri vəzifələrində çalışıb. 2014-cü ilin mart ayından Azərbaycantelefilmin Baş redaktor müavinidir. O, həm də "Soy" dərgisinin baş redaktorudur. Ənvər Çingizoğlu folklor, etnoqrafiya, geneologiya sahələrində araşdırmalar aparır. Ənvər Çingizoğlu Azərbaycanın xanlıqlar dövrü tarixi, diplomatiya tarixi və İran tarixinə dair 100-dən çox monoqrafiya, kitab, dərs vəsaiti, elmi, elmi-publisistik məqalə, dövri mətbuatda dərc olunmuş müxtəlif xarakterli yazılar və s. nəşrlərin müəllifidir.

Ənvər Çingizoğlunun tarixçi mövqeyi onun ssenari müəllifi olduğu tarixi-sənədli filmlərdə də əks olunmuşdur. Onun yazdığı ssenarilər əsasında "Avşarlar", Xurşidbanu Natəvan, Nəvvab, "Kəminə" adlı televiziya filmləri çəkilib. Ənvər Çingizoğlu mütəmadi olaraq Azərbaycanda və onun hüdudlarından kənarda keçirilən nufuzlu beynəlxalq konfrans və simpoziumların iştirakçısıdır və bir sıra beynəlxalq elmi məclislərdə məruzələr etmişdir. Ənvər Çingizoğlu jurnalistika ilə yanaşı məhsuldar elmi fəaliyyətlə məşğul olan alimlərdəndir. İndiyə qədər onun müxtəlif konfrans, simpozium və elmi məclislərdə, dərgilər, məcmuələr və qəzet səhifələrində 300-ə qədər müxtəlif məzmunlu məqalələri işıq üzü görmüşdür. Ənvər Çingizoğlunun elmi prioritetlərində türk xalqlarının etnogenezi, etnologiyası, etnoqrafiyası, folkloru, tarixşünaslığın aktual problemləri,mənbəşünaslıq və s. istiqamətlər uğurla işlənməkdədir. Monoqrafiya və məqalələri bir qayda olaraq polemikliyi və fərdi baxış müstəvisi ilə seçilir. Ənvər Çingizoğlu regional etnoqrafiya və folklor nümunələrinin toplanılıb araşdırılması və nəşri istiqamətində 30 ilə yaxındır ki, zəhmət sərf edir. Onun son dövrlərdə Azərbaycan, İran və Türkiyədə yaşayan Avşar elinin etnqorafiyası, etnik-milli düşüncə tərzi və şifahi yaradıcılığı ilə bağlı araşdırmaları türk ellərinin mənəvi mədəniyyətini öyrənmək baxımından maraqlıdır. Onun müxtəlif illərdə yazdığı dərslik, dərs vəsaitləri, monoqrafiyaları, folklor-etnoqrafik araşdırmaları oxucular və mütəxəssislər tərəfindən dəyərləndirilir.  


Allah rəhmət eləsin!

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar