Sizin Reklam Burada
Xəbər lenti
01-09-2025
31-08-2025
BÜTÜN XƏBƏRLƏR

Ərini döyüb öldürməkdə ittiham olunan qadın danışdı

Tarix: 08-07-2022 09:15     Baxış: 4275 A- / A+


Bərdədə arvadı tərəfindən döyüldüyü iddia edilib, ütü ilə yandırıldığı deyilən Hidayət Cəfərovun dünyasını dəyişməsindən sonra qarşılıqlı iddialar səngimək bilmir. 
Manevr.az Xəzər TV-yə istinadən xəbər verir ki, 81 yaşlı kişinin birinci həyat yoldaşından olan övladları onun ikinci həyat yoldaşını, qadın da əks tərəfi Hidayət Cəfərovun ölümündə ittiham edir.
Mərhumun birinci həyat yoldaşından olan oğlanları deyirlər ki, dəfn mərasimindən sonra atalarının ölümünə səbəb olan ikinci həyat yoldaşı Serbiya Cəfərovanın cəza alması üçün müvafiq orqanlara şikayət edəcəklər. 
Mərhumun digər oğlu isə dəfələrlə atalarını qadının himayəsindən çıxarıb ona baxmaq istəsələr də, qadının buna imkan vermədiyini deyir.
Hidayət Cəfərovun ikinci həyat yoldaşı Serbiya Cəfərova isə səsləndirilən fikirlərin böhtan olduğunu deyir. 11 ildən çoxdur Hidayət Cəfərov ilə ailə həyatı qurduğunu bildirən 62 yaşlı qadın qarşı tərəfin bu cür danışmasına mülkün səbəb olduğunu iddia edir. Hidayət Cəfərov bir neçə il əvvəl birgə yaşadıqları evi qadının adına keçirdiyindən bu, onların xoşuna gəlməyib. Bu səbəbdən də ailə arasında uzun zamandır münaqişə yaşanır. Serbiya Cəfərova 81 yaşlı həyat yoldaşının bədəninə heç vaxt ütü basmadığını, həmin xəsarətin kişinin yıxılaraq aldığını, sinəsində olan cızıqların isə bədənini təmizləyən zaman yarandığını deyir.
Ölüm faktı ilə bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar