Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda polisə kəllə atıb qolunu dişləyən şəxs həbs olundu

Tarix: 07-07-2022 17:19     Baxış: 5339 A- / A+
Bakıda yol polisi ilə dalaşan şəxs və oğlu saxlanılıblar.
Manevr.az-ın “qafqazinfo”ya istinadən məlumatına görə, iyulun 4-nə keçən gecə saat 00 radələrində 20-ci Sahə adlanan ərazidə yol polisi şübhəli hesab etdiyi “Mercedes” markalı avtomobili saxlayıb.İttihama görə, polis əməkdaşının sürücünün sərxoş vəziyyətdə olub-olmamasını müəyyən etməyə çalışdığı vaxt avtomobildə olan sürücünün atası, 1965-ci il təvəllüdlü Z.Cabbarov və sürücünün qardaşı maşından düşərək mübahisə yaradıblar. Toydan sərxoş halda çıxıb evə gedən şəxslər yol polisinin ünvanına təhqiramiz ifadələr işlədiblər. Hadisə yerinə post patrul xidmətinin əməkdaşları dəvət ediliblər və həmin şəxslər ərazi üzrə polis bölməsinə aparılıblar. Burada insident daha da böyüyüb. Saxlanılan Z.Cabbarov polis əməkdaşına kəllə atıb, onun qolundan dişləyib.
Bundan sonra ata və 1997-ci il təvəllüdlü oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (polisin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə inzibati protokol tərtib edilib. Onlar Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Z.Cabbarova 10 sutka həbs cəzası verilib, oğlu isə 150 manat cərimə edilərək sərbəst buraxılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar