Sabirabadda 42 yaşlı qadın inyeksiyadan şoka düşərək ölüb.
Manevr.az məlumatına görə, Sabirabad rayonunun Yaxa Dəllək kənd sakini, 42 yaşlı Tapdıqova Gülnaz Fazil qızı antibiotik tərkibli dərman inyeksiyası edildikdən sonra şoka düşüb. Qadın Şirvan şəhər Mərkəzi xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Həkimlərin qeyd etdiyinə görə, qadın xəstəxanaya daxil olan zaman onda həyat əlamətləri müşahidə edilməyib, nəbzi vurmayıb. Qohumlarının bildirdiyinə görə, G.Tapdıqova sınaq inyeksiyasından şoka düşüb. Hazırda qadının meyiti müayinə olunmaq üçün Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə yerləşdirilib.
Faktla bağlı Sabirabad prokurorluğunda araşdırma aparılır.apa
Xəbər lenti
Azərbaycanda qadın iynədən şoka düşüb öldü

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Media
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar