Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

FSB zabitini ələ keçirən türk casusu Rusiyadan belə çıxarıldı - Şok tarixi fakt

Tarix: 02-07-2022 22:28     Baxış: 4293 A- / A+
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) türk qadın casusu həbs edib. Amma dövrün Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Sönməz Köksal xüsusi təyyarə ilə Rusiyaya uçub və casusu Moskvadan çıxarıb.

Bu maraqlı casusluq bazarlığı 1996-cı ildə baş verib.

Hadisə Rusiyanın “ORT” kanalında yayımlanan “Şərqdən gələn casus” sənədli filminin nümayişi zamanı ortaya çıxıb. Sözügedən sənədli filmdə Vicdan Şanslı adlı türk agentin 1996-cı ildə Qafqazın Krasnodar şəhərində yaxalandığı iddia olunub.

Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin mətbuat katibi Sergey Medvedyevin hazırladığı 40 dəqiqəlik sənədli filmə görə, Krasnodarda tutulan türk agenti Aleksandr İvonav adlı rus agentini MİT-də işləməyə razı salmağa çalışırmış. FSB-nin gizli kamera ilə çəkdiyi görüş və məxfi sənəd mübadiləsi arxiv görüntüləri ilə təqdim edilib. Sənədli filmdə Türkiyə ilə Rusiya arasında casusluq fəaliyyətləri ilə bağlı centlmen razılaşmasının əldə edildiyi, lakin MİT-in sözünün üstündə durmadığı da ifadə edilib.

“Vicdan Şanslı 1996-cı ildə tutulanda, törətdiyi cinayətləri nəzərə alsaq, ömrünün qalan hissəsini həbsdə keçirməli idi. Lakin həmin il o vaxt MİT müşaviri Sönməz Köksal Moskvaya gələrək gizli danışıqlar nəticəsində Vicdan Şanslını Türkiyəyə aparıb. FSB heç bir səs-küy salmadan tutulan agenti Türkiyə kəşfiyyatının rəisinə təhvil vermək qərarına gəlsə də, iki kəşfiyyat qurumu arasında daha etibarlı bir centlmen razılaşmasının olacağına ümid olunub”, - qeyd edilib.

Hətta iddia olunub ki, sonrakı illərdə Rusiyanın cənub bölgələrində, Krasnodar, Soçi və Novorosisk şəhərlərində Türkiyə kəşfiyyatına işləyən daha 17 agent tutulub. Amma qəribədir ki, belə informasiya öz təsdiqini tapmayıb. Daha sonra Rusiya “Türk agentləri tutuldu” xəbəri rus mediasını bəzəyib. Amma qəribədir ki, hadisə müəmmalı şəkildə bağlanıb. Rusiya məxfi xidməti FSB-nin Soçidə iki türk casusu Nesrin Uslu və Haki Mutludoğanı ələ keçirməsi xəbəri yayılsa da, bunun əsassız olduğu ortaya çıxdı. Soçidə turizm agentliyində tərcüməçi işləyən Nesrin Uslu viza almaq üçün Trabzondakı Rusiya Konsulluğuna gedərkən bu barədə xəbər tutub. Viza verilmədikdən sonra hadisədən xəbərdar olan Nesrin Uslu bildirib ki, aylardır Türkiyədədir və həbs edilməsi yalandır.

Həmin vaxt Soçidə olan Haki Mutludoğan da türk mətbuatına deyib ki, bu barədə heç bir məlumata malik deyil. Onun açıqlaması qəzetlərdə çıxandan sonra FSB Mutludoğana zəng edərək ifadəsini alıb. teleqraf.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar