Xəbər lenti
"İntihar etməzdən bir neçə gün öncə..." - Həkimin ölümü ilə bağlı YENİ DETALLAR

İyunun 27-də intihar edən tanınmış ginekoloq-həkim Xalidə Kəngərli ərindən boşanmaq ərəfəsində olub.
Manevr.az xəbər verir ki, bizim.media-nın əldə etdiyi məlumata görə, X.Kəngərli əri Rüfət Kəngərlidən boşanmaq üçün özünə vəkil də tutubmuş.
İddia olunur ki, həmin vəkil həkimin ərindən boşanması üçün hüquqi sənədləri hazırlayırmış. Bildirilir ki, X.Kəngərli intihar etməmişdən bir neçə gün əvvəl vəkil ilə boşanmasını müzakirə edib.
Amma boşanma ilə bağlı sənədlər vaxt məhdudiyyətinə görə, məhkəməyə təqdim olunmayıb.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Yayılan məlumatlara görə, X.Kəngərli xeyli vaxt əri tərəfindən şiddətə məruz qalıb. Şiddət görən qadının bədəninin müxtəlif nahiyələrində işgəncə əlamətləri aşkarlanıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Media
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar