Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Su anbarına yıxılan qızı iki saat qollarında saxladı

Tarix: 29-06-2022 21:46     Baxış: 3235 A- / A+
Su anbarına yıxılan qızı iki saat qollarında saxladı - VİDEOXilasedici su anbarına yıxılan 15 yaşlı qızı iki satdan çox qollarında saxlayıb.

Hadisə Rusiyanın Krasnoyarsk şəhərində qeydə alınıb.

RF Fövqəladə Hallar Nazirliyinin regional qərargahından bildirilib ki, yeniyetmə gəzərkən Minusinsk rayonunda bəndin su anbarına düşüb və güclü axın onu şlüzə tərəf aparıb.

Qurumdan vurğulanıb ki, xilasedicilərdən biri iki saatdan çox yeniyetməni qollarında tutub.

"Rusiya Fövqəladə Hallar Nazirliyinin 11 saylı yanğın-xilasetmə hissəsinin ayrıca postunun komandiri Maksim Tarasyuk yardım göstərmək üçün şlüzün altına dalmaq qərarına gəlib. Xilasedici iki saatdan artıq müddətdə nəinki yeniyetməni saxlayıb, həm də qıza psixoloji dəstək verib", - deyə qurumdan bildirilib.

Xilasedici isə özü üçün heç qorxmadığını, amma qız üçün narahat olduğunu deyib:

"Çünki axın güclü idi və özüm güclə dayanmışdım... O, panikaya düşə bilərdi, bütün şlüzdən keçə bilməsinə isə nəfəsi çatmazdı", - deyə Tarasyuk əlavə edib.

Regional FHN-dən bildirilib ki, yeniyetmə hadisədən xəsarət almadan xilas edilib. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar