Xəbər lenti
Misirdə polisləri qətlə yetirən 10 terrorçu edam ediləcək
Manevr.az AZƏRTAC-a istinadən xəbər verir ki, Misir qanunlarında nəzərdə tutulduğu kimi, ölkənin Baş müftisi məhkəmənin bu qərarını təsdiq edib. Paytaxt Qahirədə və əyalətlərdə “Həlvan batalyonu” adlı silahlı qruplaşmanın tərkibində təhlükəsizlik qüvvələrinə qarşı terror aktları həyata keçirən 10 nəfər edam ediləcək. Məhkəmə, həmçinin həmin qruplaşmanın 215 üzvü barəsində isə ömürlük həbs və müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzaları verib.
Hazırda Misirdə müxtəlif siyasi partiyalar və ictimai-siyasi təşkilatlarla iqtidarın dialoqu keçirilir. Bundan başqa, 2017-ci ildən tətbiq edilən fövqəladə vəziyyət rejimi də ləğv olunub. Lakin hakimiyyət rəsmiləri “Müsəlman qardaşları” hərəkatı ilə heç bir dialoqdan söhbət getmədiyini açıqlayıblar.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































