Sizin Reklam Burada
Xəbər lenti
01-09-2025
31-08-2025
BÜTÜN XƏBƏRLƏR

Tanınmış ginekoloq özünü niyə 11-ci mərtəbədən atıb?

Tarix: 28-06-2022 16:27     Baxış: 5332 A- / A+


Tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin intihar etdiyi iddia olunur. Məlumata görə, ginekoloq özünü Yasamal rayonunda yaşadığı binanın 11-ci mərtəbəsindən atıb.
Manevr.az xəbər verir ki, bizim.media hadisənin təfərrüatları ilə bağlı araşdırma aparıb. Məlum olub ki, Xalidə Kəngərli Kəpəz Hospitalı fəaliyyətə başlayandan orada çalışırdı.
Həkim yoldaşlarının verdiyi məlumata görə, Xalidə Kəngərli çox pozitiv, həyat dolu və pasiyentləri ilə mehriban münasibətdə olan həkim kimi tanınıb. İki azyaşlı övladı var. Ginekoloqu tanıyanlar onun intihar etdiyinə heç cür inana bilmədiklərini dilə gətiriblər.
Hadisə şahidi Əli Sərdaroğlu açıqlamasında olayı öz gözləri ilə gördüyünü bildirib:
"Mən həkimin yaşadığı binanın yanında işləyirəm. Pəncərədə siqaret çəkirdim. Kölgə kimi yerə düşən bir şey gördüm. İntihar idi, yoxsa nəydi bilmirəm. Amma ətrafda hamısı deyir ki, yoldaşı ilə aralarında mübahisə etdiyi üçün intihar edib”.
Qeyd edək ki, rəsmi açıqlamalarda tanınmış həkimin ölüm səbəbi açıqlanmayıb. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar