Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Kiyevə atılan raket Azərbaycan səfirliyinin yaxınlığına düşdü - VİDEO

Tarix: 26-06-2022 14:10     Baxış: 3272 A- / A+


Kiyevə atılan raket Azərbaycan səfirliyinin yaxınlığına düşdü - VİDEO

Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında Kiyevin Şevçenkovski rayonunda bir neçə partlayış səsi eşidilib. Paytaxta hücum nəticəsində 9 mərtəbəli binaya raket düşüb. Yanğın söndürülüb, insanlar xilas edilib.
 
Manevr.az xəbər verir ki, Bizim.Media-nın əldə etdiyi informasiyaya görə, raket düşən bina Azərbaycanın Kiyevdə yerləşən səfirlik binasının yaxınlığındadır.
 
Kiyev meri Vitali Kliçko raket hücumu ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, dağıntılar altında insanlar qalıb. O, həmçinin bildirib ki, hazırda iki zərərçəkən barədə məlumat var.
 
Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenkonun sözlərinə görə, ikinci raket uşaq bağçasına düşüb.
 
“Yüksək dəqiqlikli raketin ikinci zərbəsi Polovetskaya küçəsindəki uşaq bağçasına dəyib. Uşaq meydançası olan yerdə indi diametri 7 metr olan çuxur  var” deyə o, qeyd edib.
 
Ali Radanın deputatı Aleksey Qonçarenko bildirib ki, rus qoşunları Kiyevə və Kiyev vilayətinə 14 raket zərbəsi endirib.

Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak da Kiyevə atılan raket hücumuna münasibət bildirib. Bu barədə informasiyanı “RBK-Ukrayna” nəşri yayıb.
 
O, müttəfiqləri Ukraynanı mümkün qədər tez müasir hava hücumundan müdafiə sistemləri ilə təmin etməyə çağırıb.
 
“Ruslar Kiyevi yenidən vurdular. Raketlər yaşayış binasına və uşaq bağçasına düşüb. Onlar bütün müharibə qaydalarını pozaraq dinc əhali ilə vuruşmağa davam edirlər. Ukraynanın müasir raketdən müdafiə sistemlərinə ehtiyacı var. Bu barədə müttəfiqlərimizlə danışırıq. Və bu, ordumuza döyüş meydanında rusları məğlub etməyə kömək edəcək”, – Yermak yazıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar