Sizin Reklam Burada
Xəbər lenti
23-10-2026
22-10-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Aşıqlar Birliyi Sumqayıt bölməsinin sədri vəfat edib

Tarix: 25-06-2022 10:40     Baxış: 3681 A- / A+

Azərbaycan ədəbiyyatına və ictimaiyyətinə ağır itki üz verib.

Manevr.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, tanınmış pedaqoq və şair, əmək veteranı, Qazax Müəllimlər Seminariyasının məzunu, Azərbaycan Aşıqlar Birliyi Sumqayıt bölməsinin sədri Qənirə Mehdixanlı vəfat edib. 

Qeyd edək ki, Q. Mehdixanlı 1938-ci ildə Ağstafada anadan olub. Sonrakı taleyini Sumqayıt şəhərinə bağlayan Qənirə xanım ömrünün 60 ilini pedaqoji fəaliyyətə həsr edib. Sumqayıtın ictimai-siyasi həyatında fəal iştirakı ilə yanaşı, yaradıcılığı ilə də ədəbi mühitin nüfuzlu nümayəndələrindən olub. Təhsildəki fəaliyyətinə görə Əməkdar müəllim adına layiq görlüb. Azərbaycan Aşıqlar Birliyi Sumqayıt bölməsinin sədri kimi də xidmətləri danılmazdır. 

Allah rəhmət eləsin!

Manevr.az ailəsi olaraq, əzizimiz Qənirə Mehdixanlının vəfatı ilə bağlı doğmalarına, həmkarlarına, dostlarına dərin hüznlə başsağlığı verir. Allahdan səbr diləyirik. Ruhu şad olsun!



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar