Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

İntihara cəhd edən məktəb direktoru ilə bağlı AÇIQLAMA

Tarix: 24-06-2022 20:24     Baxış: 3352 A- / A+
Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Qarayevanın intihara cəhd etməsinə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin (GDRTİ) təzyiqlərinin səbəb olması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

İdarədən apa-nın sorğusuna cavab olaraq bildirilib ki, son günlərdə xəbər saytlarında İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Qarayeva barədə müxtəlif xarakterli məlumatlar dərc olunub və onun Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən təzyiqlərə məruz qalması məlumatı həqiqəti əks etdirmir.
"Bildiririk ki, GDRTİ-nə İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin sabiq ingilis dili müəlliminin xarici ölkədə yaşaması, ancaq həmin müddət ərzində onun hesabına qanunsuz olaraq əmək haqqı köçürülməsi və 04 aprel 2022-ci il tarixdə işdən azad edilməsi barədə məlumat daxil olub.
Daxil olan məlumata əsasən GDRTİ-nin əməkdaşları Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbdə müvafiq araşdırma aparıblar. Bu zaman məktəbin sabiq ingilis dili müəlliminin 04 aprel 2022-ci il tarixdə işdən azad edilməsi, həmin müəllimin dərs saatlarının müvafiq müəllimlər arasında bölünməsi barədə əmrin düzgün olmaması, eləcə də kargüzarlıq işinin düzgün aparılmaması halları aşkarlanıb.
GDRTİ-nin əməkdaşları tərəfindən məktəbin sabiq ingilis dili müəllimi barədə sənədləşmə işinin qanuna müvafiq aparılmadığı məlum olduqdan sonra həmin müəllimin nə vaxtdan ölkə xaricində olması barədə aidiyyəti dövlət orqanlarına sorğu göndərilib.
İyunun 22-də bir neçə xəbər saytında M.Qarayevanın səhhətiylə bağlı müxtəlif xarakterli xəbərlər dərc olunub. Qeyd olunan məsələlərlə bağlı ictimaiyyətə əlavə məlumat bildiriləcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar