Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Güzəştli mənzil adı ilə 700 min mənimsəyən qadın hakim qarşısında

Tarix: 23-06-2022 22:31     Baxış: 4360 A- / A+
46 vətəndaşın 700 min manatdan çox pulunu mənimsəyən Günay Məmmədovanın cinayət işi üzrə məhkəməsi başlayıb.

O, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb.

İşə hakim Əhməd Quliyevin sədrliyi ilə baxılır. Hazırlıq prosesində G.Məmmədovanın anket məlumatları dəqiqləşdirilib və iş baxışa təyin olunub.

Qeyd edək ki, Günay Məmmədova çoxsaylı vətəndaş müraciətləri əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. Araşdırmalarla onun vətəndaşlara Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan sosial binalardan mənzillərin ayrılması üçün vəd verdiyi və bu vədin qarşılığında külli miqdarda pul aldığı üzə çıxıb.

Belə ki, o, vətəndaşlara guya agentliyin vəzifəli şəxslərinə rüşvət verilməsi müqabilində güzəştli şərtlərlə mənzillərin alınmasına kömək göstəriləcəyini deyib. Bu yolla ümumilikdə 46 nəfərdən 703 700 manat alaraq mənimsəyib.

G.Məmmədova vurduğu ziyanın 134 600 manatını istintaq dövründə ödəyib. qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar