Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

Xəbər portalının rəhbəri 123 min manatlıq dələduzluq edib

Tarix: 23-06-2022 16:38     Baxış: 3323 A- / A+

Xəbər portalının rəhbəri 123 min manatlıq dələduzluq edibDələduzluqda ittiham olunan jurnalist Etibar Əliyevin (Etibar Toğrul) cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
 
Manevr.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
 
İttihamda göstərilib ki, Etibar Əliyev zərərçəkmiş şəxslərə özünü Qarabağ Dirçəliş Fondunda səlahiyyətli şəxs kimi təqdim edərək onlardan külli miqdarda pul alıb.
 
Zərərçəkmiş şəxslər istintaqdakı ifadələrində bildiriblər ki, ittiham olunan şəxs vəd verib ki, onların işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti işlərində iştirakına kömək edəcək. O, zərərçəkmiş şəxslərdən ümumilikdə 123 min manat pul alıb.
 
Əliyev Toğrul barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci ( dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilib.
 
Qeyd edək ki, Etibar Toğrul kimi tanınan jurnalist "Xəbər var" qəzetində baş redaktor, "Vetenperverler.az" saytında redaktor kimi fəaliyyət göstərib. O, "XeberBiz.com" və "TehsilXeber.com" xəbər portalının rəhbəridir./APA

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar