Sizin Reklam Burada
Xəbər lenti
24-12-2024
23-12-2024
BÜTÜN XƏBƏRLƏR

Polkovnik əsgərin həbsinə etiraz etdi

Tarix: 23-06-2022 15:52     Baxış: 4309 A- / A+
Əziz Məlikovun atası Şamaxı rayonu Məlhəm kənd bələdiyyəsinin sədri Soltanpaşa Məlikovun mətbuata verdiyi açıqlama ilə tanış oldum. Əlbəttə, istəməzdim ki, gənc bir insanı bu formada sərt şəkildə cəzalandırsınlar. Azərbaycan Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin verdiyi qərarı əsla alqışlamıram.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əziz Soltanpaşa oğlu Məlikovun həbs edilməsini şərh edən hərbi ekspert, istefada olan polkovnik Üzeyir Cəfərov deyib.
Polkovnikin sözlərinə görə, əsgər daha yüngül formada cəzalandırıla və ona şans verilə bilərdi:
“Bu əsgər qatı cinayətkar deyil ki, onun haqqında belə sərt addımlar atılsın. Fikrimcə, Hərbi Prokurorluq daha ciddi işlərlə məşğul olmalıdır. Hazırda haqqında danışdığımız qurumun nüfuzuna son vaxtlar müxtəlif məsələlərlə bağlı zərər dəyib. Hərbi Prokurorluq da bəhs etdiyimiz addımlarla özünü prinsipial təqdim etmək istəyir. Guya bunlar o qədər prinsipial hərəkət edirlər ki, hər şey birdən-birə ortaya çıxır və avtoşluq edən əsgərin haqqında ağır maddələrlə iş qaldırırlar. Verilən qərar Azərbaycan hüququna xələl gətirir. Ən azından o əsgərin xidmət yeri dəyişdirilə və ona yeni şans verilə bilərdi. Bu adam kimisə öldürməyib, kiməsə xəsarət yetirməyib. Məgər hər avtoxuliqanlıq edəni bu cürə formada cəzalandırırlar? Yanaşma doğru deyil. Əsgəri hər an məsuliyyətə cəlb etmək olar, o, heç bir yerə gedə, gizlənə bilməz. Sən ona etdiyi səhvi başa sal, şans ver, əgər özünü doğrultmasa, qanunlara uyğun formada dörd ay yox, daha uzun müddətə də həbs etmək olar”.
Polkovnik qeyd edib ki, onun hansı formada hərbi hissəni tərk etməsi haqda rəsmi məlumatda heç nə deyilmir:
“Bildiyim qədər belə məsələlərdə ilkin mərhələdə Müdafiə Nazirliyinin tərkibində təhqiqat aparılmalıdır. Hər kəs məmur oğlunun həbsindən danışdı. Əziz Məlikovun atası adi bir bələdiyyə sədridir. Mən heç onu tanımıram. Ancaq elə danışılır ki, guya Soltanpaşa Məlikov çox böyük vəzifə sahibidir. O əsgərin avtoşluğu kameraya düşməsə idi, heç kimin ondan xəbəri belə olmayacaqdı. Bu gənc nə edib ki, ona istintaq müddətində 4 ay həbs veriblər? Çox ağır cəzadır, çox. Yenə deyirəm ki, ümumiyyətlə həmin əsgəri, onun ailəsini tanımıram. Ancaq mən Əziz Məlikovu öz övladım kimi qəbul edirəm. Əsgər hərbi hissəni özbaşına tərk edib, yoxsa döyüş postunu qoyub qaçıb? Ona məzuniyyət düzgün şəkildə verilibmi? Yəni burada çoxlu suallar var. Onlar aydınlaşmalı və daha humanist qərar verilməlidir”.
Ü.Cəfərovun sözlərinə görə, indiyədək heç bir həbsxana, cəzaçəkmə müəssisəsi insanı islah etməyib:
“Əksinə, verilən qərar o gəncdə Azərbaycan qanunvericiliyinə, cəmiyyətə inamsızlıq, etibarsızlıq yaradacaq və onun gələcək həyatına mənfi təsir edəcək. Çağırış edərdim ki, rəhbərlik bu ağır cəzanı aradan qaldırsın.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar