Bakıdakı cəzaçəkmə müəssisələrinin birində ölüm hadisəsi baş verib.
Manevr.az xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, Penitensiar Xidmətin Nərimanov rayonu ərazisində yerləşən 10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhbus, 2000-ci il təvəllüdlü İmran Nəriman oğlu Nağıyev qəfil vəfat edib.
İlkin müayinələrdən sonra 22 yaşlı məhkumun infarktdan öldüyü müəyyən edilib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, İ.Nağıyev bir neçə ay əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunaraq 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Xəbər lenti
Bakıda həbsxanada 22 yaşlı məhbus öldü - 4 illik cəza almışdı

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Media
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar