Sizin Reklam Burada
Xəbər lenti
01-09-2025
31-08-2025
BÜTÜN XƏBƏRLƏR

Ağdamda polis ƏMƏLİYYATI: SAXLANILANLAR VAR

Tarix: 22-06-2022 12:58     Baxış: 4317 A- / A+
Ağdamda polis ƏMƏLİYYATI: SAXLANILANLAR VAR
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon ərazisindəki mağazaların birindən oğurluq etməkdə və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.  
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, rayon ərazisində yerləşən mağazaların birindən oğurluq edilməsi barədə Ağdam RPŞ-yə məlumat daxil olub.
 
Daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakini Fikrət Yahyazadə saxlanılıb. Onun mağazaya qeyri-qanuni yolla daxil olaraq seyfdən 3000 manata yaxın nəğd pul oğurladığı müəyyən edilib. 

 
Bundan başqa keçirilmiş tədbirlərlə narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Arzu Məmmədov saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi çətənə bitkiləri və çəkisi 1 kiloqram 390 qram olan marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı Ağdam RPŞ-də araşdırmalar davam etdirilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar