Sizin Reklam Burada
Xəbər lenti
24-12-2024
23-12-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda 7 yaşlı uşaq xəstəxanada vəfat etdi

Tarix: 20-06-2022 18:47     Baxış: 3665 A- / A+

Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölüm hadisəsi qeydə alınıb.
Manevr.az xəbər verir ki, məlumata görə, xəstəxanada 7 yaşlı Ömər Amallı vəfat edib.
Ailəsi uşağın ölümündə səbəb kimi həkim səhlənkarlığını göstərir. Belə ki, uşaq göyərmə, boğulma simptomları ilə Sumqayıt Şəhər Uşaq Xəstəxanasına gətirilib. Qəbul şöbəsində Ömərin saturasiyasını (SPO2) ölçəndə bu göstərici 47% olub. Məlumata görə, uşaq qəbul şöbəsindən infeksiya şöbəsinə aparılıb. İddiaya əsasən, həmin şöbədə uşaq düzgün yönləndirilməyib və yenidən reanimasiya şöbəsinə köçürülüb. Süni nəfəs aparatı qoşulana kimi isə keçinib. Vəfat edən şəxs evin tək övladıdır.
Məsələ ilə bağlı Sumqayıt Tibbi Mərkəzi İctimaiyyətlə əlaqələr bölməsi ilə əlaqə saxladıq.
Mərkəzdən sorğumuza cavab olaraq bildirildi ki, 2015-ci il təvəllüdlü azyaşlının valideynləri iyunun 19-u yaşadıqları ünvana təcili tibbi yardım çağırıb və saat 19:31 radələrində həmin briqada vasitəsilə azyaşlı Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq xəstəxanasına tənəffüs çatışmazlığı diaqnozu ilə ağır vəziyyətdə gətirilib: “Azyaşlı Uşaq Xəstəxanasının Təcili yardım şöbəsinin növbətçi həkimi tərəfindən qəbul edilib, ona kəskin bronxit, bronxospazm ilə T.Ç. III-IV dərəcə diaqnozu qoyulub və vəziyyətinin ağırlığı ilə əlaqədar olaraq İntensiv terapiya bölməsinə yerləşdirilib.
Onda saturasiyanın (SPO2) 47 % olduğu müəyyən edilib, xəstədə ürək və tənəffüs fəaliyyətinin dayanması müşahidə olunub. Ürək-ağciyər reanimasiya tədbirləri həyata keçirilib, ürək və tənəffüs fəaliyyəti bərpa edilib və reanimatoloq tərəfindən traxeyanın intubasiyası icra olunarkən xəstədə təkrar ürək dayanması baş verib. Həyata keçirilən müvafiq tibbi yardımlara baxmayaraq, saat 20:50 radələrində xəstənin bioloji ölüm baş verib”./qafqazinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar