Sizin Reklam Burada
Xəbər lenti
17-05-2024
16-05-2024
BÜTÜN XƏBƏRLƏR

Qız üstündə QƏTL: Qazini öz dostu öldürüb - TƏFƏRRÜAT

Tarix: 19-06-2022 15:31     Baxış: 3328 A- / A+
İyunun 15-də Şabranda qətlə yetirilən qazi Orxan Əliyevin ölümü bağlı bəzi təfərrüatlar üzə çıxıb. 
 
Manevr.az xəbər verir ki, modern.az-ın əldə etdiyi məlumata görə, 25 yaşlı Orxan Əliyevi öldürməkdə təqsirli bilinən 2001-ci il təvəllüdlü Teymur Cəfərzadə vaxtilə onun dostu olub.
 
Dostların münasibəti ikisinin də eyni qızı sevməsindən sonra pozulub. 
 
Hadisə barədə modern.az-a danışan Teymur Cəfərzadənin atası Mübarək Cəfərzadə cinayətin baş verməsində həmin qızın günahkar olduğunu bildirib.  
 
"Orxanla Teymur möhkəm dost idilər. Marketdə işləyirdilər. Aralarında qıza görə mübahisə olub. Əvvəllər o qızla Teymur sevgili olub, razılığımız olmadığına görə, ayrılmışdılar. Sonra qız Orxanla nişanlandı. Buna baxmayaraq, qız Teymurdan əl çəkmirdi, davamlı mesajlar yazaraq, oğlumdan onu qaçırmasını istəyiirdi. Teymur da dostuna nişanlısının ona mesajlar yazdığını deyib və həmin mesajları göstərib".
 
Mübarək Cəfərzadənin dediyinə görə, hadisədən 10 gün öncə Orxanla Teymur söz-söhbətə son qoyaraq barışıblarmış:
 
"Orxan nişanı qaytarmaq istəyəndə qız onun iş yerinə gələrək yalvarıb, atası və qardaşından qorxduğunu deyib.
Hadisədən iki gün öncəyə qədər onların arasında heç bir problem olmayıb, Orxan Sumqayıta işləməyə gedəndə qız da onun arxasınca gedib. Orada nə danışıblarsa, yenidən Teymurla aralarında mübahisə düşüb. Oğlumla görüşüblər, sonra bu hadisə baş verib. Teymuru özüm aparıb polisə təslim etdim. Bir qıza görə iki ailə pis vəziyyətə qaldı, çox üzgünəm, kaş belə hadisə olmayaydı". 
 
Hazırda qətllə bağlı araşdırma aparılır.
 
Qeyd edək ki, Şabranda qətlə yetirilən Orxan Əliyev Vətən müharibəsi qazisi olub. O, “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar