Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

11 yaşlı nəvəsinin öldüyünü deyən nənənin yalanı üzə çıxdı

Tarix: 18-06-2022 14:41     Baxış: 3296 A- / A+

Manevr.az xəbər verir ki, son bəticələrə görə, qadının dedikləri - nəvəsinin ağacdan yıxılması, bağırsaqlarının partlaması, onun əməliyyata ehtiyacının olması və s. öz təsdiqini tapmayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri Teymur Mərdanlı bildirib ki, qadının dedikləri həqiqətə uyğun deyil. Onun sözlərinə görə, 11 yaşlı uşaq sağ-salamatdır, ata-anasının yanındadır:
“Halbuki nənə uşağın hər iki valideyninin vəfat etdiyini söyləmişdi. Nənə uşağın artıq dəfn olunduğunu da deyirdi və məsələnin araşdırılmasını israrla istəmirdi. Yəqin azyaşlının əməliyyatı üçün yığdığı vəsaiti də bununla unutdurmaq istəyirmiş. Özünü yazıq biri kimi təqdim edən qadın sadəcə dilənçiliyi, insanları aldadaraq “yetimdir” deyib pul dilənməyi özünə peşə seçibmiş. Həyətlərində 2 evi və maşınları da var. Məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən araşdırıldı və  həqiqət üzə çıxdı. Nənə bu əməlinə görə qanun qarşısında cavab verəcək”.
Qeyd edək ki, hüquq müdafiəçisi Kəmalə Ağazadə də bu gün məlumat paylaşaraq həmin qadının nəvəsini dilənçiliyə məcbur etdiyini bildirib və görüntülərini yayıb./yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar