"Quldur Peterburq" və "Ölümcül qüvvə" filmlərinin aktyoru Əl Ualidi Camal göldə boğularaq dünyasını dəyişib.
Manevr.az axşam.az-a istinadən xəbər verir ki, Mərakeş əsilli aktyor Sankt-Peterburqda istirahət mərkəzində Lembolovski gölündə boğularaq həyatını itirib.
Camalla iyunun 11-dən əlaqə saxlamaq mümkün olmayıb. Ayın 14-də isə istirahət mərkəzinin inzibatçısı polislə əlaqə saxlayıb və suda kişi siluetini gördüyünü bildirib. Aktyorun cəsədi ölümün dəqiq səbəbini müəyyən edə bilmək üçün tibbi ekspertizaya aparılıb.
Qeyd edək ki, Camal 47 yaşında vəfat edib. O, "Xüsusi qüvvələr", "Milli Təhlükəsizlik Agenti-4" və "Qara qarğa" kimi ekran işlərində rol alıb.
Xəbər lenti
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































