Buçanski rayonunda rusiyalı işğalçılar tərəfindən güllələnmiş dinc əhalinin daha bir kütləvi məzarlığı aşkar edilib.
Manevr.az xəbər verir ki, bu barədə Kiyev vilayətinin polis idarəsinin rəisi Andrey Nebıtov "Facebook" sosial şəbəkəsində məlumat verib.
"Rusiyalılar 7 sadə vətəndaşa işgəncə veriblər, sonra isə onları başlarına güllə vuraraq vəhşicəsinə edam ediblər", - deyə Nebıtov bildirib və dinc əhalinin dəfn olunduğu yerdən foto paylaşıb.
Onun sözlərinə görə, Buçanski rayonunun Mirotskoye kəndi yaxınlığında Rusiya Federasiyası əsgərlərinin mövqelərində güllələnmiş dinc əhalinin kütləvi məzarlığı aşkar edilib.
"Qurbanların bir çoxunun əlləri bağlanıb və dizləri güllələnib. İndi biz ölülərin şəxsiyyətini müəyyənləşdirməyə çalışırıq. Bu, Rusiya ordusunun Kiyev vilayətində növbəti sadist cinayətidir", - deyə Nebytov vurğulayıb.
Xəbər lenti
İşgəncə verdilər, sonra edam etdilər: Kiyevdə dinc əhalinin daha bir kütləvi məzarlığı tapıldı

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































