Xəbər lenti
İcra Hakimiyyətinin işçisini "tok" vurub öldürdü

Yardımlıda gözətçini elektrik cərəyanı vurub.
Rayon Prokurorluğundan verilən xəbərə görə, iyunun 11-i saat 13 radələrində Yardımlı rayon sakini, 40 yaşlı Sərhad Sultanovun ölməsi barədə məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, Yardımlı rayon İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsində gözətçi işləyən Sərhad Sultanov Viləş çayının Yardımlı şəhərindən keçən hissəsinin kənarında su nasosunu təmir edən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı Yardımlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Media
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar