Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Tüfənglə 4 nəfəri güllələdi, biri ÖLDÜ

Tarix: 12-06-2022 21:49     Baxış: 3316 A- / A+
Tüfənglə 4 nəfəri güllələdi, biri ÖLDÜGürcüstanda əvvəllər müxtəlif cinayətlər törətməkdə təqsirli bilinən 1970-ci il təvəllüdlü şəxs saxlanılıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, sözügedən şəxs bir neçə nəfəri qəsdən öldürməyə cəhdə görə axtarışda olub.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs bu il mayın 21-də Telavi bələdiyyəsinin Akura kəndində mübahisə zamanı həmkəndliləri 1976-cı il təvəllüdlü və 1986-cı il təvəllüdlü şəxsləri, həmçinin onların anası, 1954-cü il təvəllüdlü qadını və öz övladı, 1993-cü il təvəllüdlü şəxsə tüfənglə atəş açaraq hadisə yerindən qaçıb. Nəticədə 1976-ci il təvəllüdlü şəxs hadisə yerində həlak olub, digərləri isə yaralanıb.

Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində təqsirləndirilən şəxs Rustavi şəhərində saxlanılıb.
Qəsdən adam öldürməyə cəhd faktı əsasında Cinayət Məcəlləsinin 19-109-cu maddəsi ilə istintaq başladılıb. Cinayət törədən 1970-ci il təvəllüdlü şəxsi 16 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzası gözləyir. sfera.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar